Ucarda bir qrup sakin örüş yerlərinin zəbt olunması ilə bağlı aksiya keçirib

Ucarda bir qrup sakin örüş yerlərinin zəbt olunması ilə bağlı aksiya keçirib
Hadisə 374

Ucarda bir qrup sakin örüş yerlərinin qanunsuz zəbt olunmasına etiraz əlaməti olaraq aksiya keçirib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, rayonun Lək kənd sakinləri kənd bələdiyyəsinin inzibati binasının qarşısına toplaşıblar. Onlar zəbt olunmuş örüş yerlərinin boşalmasını və həmin şəxslərə qarşı qanuni tədbir görülməsini tələb ediblər.

Hadisə yerinə gələ Rayon İcra Hakimiyyətinin hüquqşünası Xəyyam Səmədzadə və Rayon Polis Şöbəsinin İTB-nin rəisi Səbuhi İsmayılov sakinlərlə görüşüb və onların şikayətini dinləyiblər. X.Səmədzadə örüş sahələrini zəbt edənlərə torpaqların 10 gün müddətinə boşaldılması barədə bildirişlərin paylanacağını bildirib.

O qeyd edib ki, bundan sonra zəbt olunmuş sahələr boşaldılmasa, bu barədə aidiyyətli orqanlara məlumat veriləcək. Bildirilib ki, problem yaxın vaxtlarda müsbət həllini tapacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər