Ucarda avtomobil dayanacağa çırpılıb, iki nəfər ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
Ucar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Alpı kəndindən keçən hissəsində qeydə alınıb. Goranboy rayon sakini, 1995-ci il təvəllüdlü Araz Zakir oğlu Bayramovun idarə etdiyi "VAZ 21012" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı dayanacağa çırpılıb.
Nəticədə sürücü A. Bayramov və hələlik şəxsiyyəti məlum olmayan qadın hadisə yerində ölüb.
Meyit FHN-nin əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Ucarda ölümlə nəticələnən yol qəzası baş verib - FOTO
Ucarda bir nəfərin ölümü, bir nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ba...