Ucar sakinlərinin bitməyən dərdi: Çirkab suları məhəllələrdə toplanır - VİDEO

Ucar sakinlərinin bitməyən dərdi: Çirkab suları məhəllələrdə toplanır - VİDEO
Video
Hadisə 153

Xoşəgəlməz mənzərə, üfunət qoxusu və çirkab suları Ucarın Səttar Xan küçəsi ilə yanaşı, bir neçə küçədə yaşayan böyükdən kiçiyə hər kəsi narahat edən əsas məsələdir.

Kanalizasiya xətləri olmadığından binalardan və həyət evlərindən küçələrə axıdılan çirkab suları məhəllələrdə toplanıb qalır.

Yerli sakinlərin sözlərinə görə, dəfələrlə aidiyyətli qurumlara müraciət edilib. Lakin dərdlərinə çarə tapan yoxdur.

“Azərsu ASC”nin 2 nömrəli Regional Sukanal İdarəsindən bildirilib ki, 2011-2015-ci illərdə Ucar şəhərinin cəmi 20 faiz ərazisində yeni kanalizasiya xətləri çəkilsə də, işlər yekunlaşmayıb.

Qalan ərazilərdə çirkab su xəttinin tikilməsi dövlət proqramına salınıb. Növbəti illərdə Ucar şəhəri üzrə qalan hissənin tikintisi davam etdiriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

“Beynəlxalq Sığorta Şirkəti” Ali Məhkəmənin qərarını saymır? - MÜRACİƏT

“Beynəlxalq Sığorta Şirkəti” Ali Məhkəmənin qərarını saymır? - MÜRACİƏT

Qarabağ müharibəsi veteranı İsgəndər Bəhman oğlu Qasımov mətbuata “Beynəlxalq Sığorta Şirkəti” ASC ilə bağlı mətbuata müraciət ünvanlayıb. BAKU.WS “ölkə.az”a is...

882 Hadisə 12:41 13 yanvar 2020

Son xəbərlər