Türkiyədən Naxçıvana dərmanların qanunsuz keçirilməsinə şərait yaradan vəzifəli şəxslər ifşa edilib

Türkiyədən Naxçıvana dərmanların qanunsuz keçirilməsinə şərait yaradan vəzifəli şəxslər ifşa edilib
Hadisə 3

"Sədərək" gömrük postundan müxtəlif adda dərman vasitələrinin Türkiyə Respublikasından ölkə ərazisinə nəzarətsiz keçirilməsi faktı ilə bağlı Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş material əsasında Muxtar Respublika Prokurorluğunda araşdırma aparılıb.

Bu barədə BAKU.WS-ə Naxçıvan Muxtar Respublikası Prokurorluğundan məlumat verilib.

Araşdırmalarla bir qrup gömrük əməkdaşının 25 adda dərman vasitələrinin dövlət qeydiyyatına alınmadan, nəzarətsiz ölkə ərazisinə keçirilməsinə şərait yaratmalarına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Cinayət Məcəlləsinin 200-1.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dərman vasitələrinin qanunsuz dövriyyəsi), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və digər maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

DTX Gömrük Komitəsindəki əməliyyat haqda MƏLUMAT YAYDI

DTX Gömrük Komitəsindəki əməliyyat haqda MƏLUMAT YAYDI

Dövlət Gömrük Komitəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb. BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat ya...

1922 Hadisə 17:46 15 iyul 2022

Son xəbərlər