Türkiyədə torpaq sürüşməsində azərbaycanlı həyatını itirdi - FOTO/VİDEO - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə baş verən torpaq sürüşməsində həlak olan şəxs azərbaycanlıdır.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) şöbə müdiri Ruslan Eldaroğlu məlumat verib.
“Hadisə zamanı bir azərbaycanlı sürücü həlak olub. Uçqun nəticəsində Türkiyə vətəndaşı olan daha iki TIR sürücüsü də xəsarət alıb. Vəfat edən sürücümüzün kimliyini müəyyən etmək istiqamətində ABADA tərəfindən işlərə başlanılıb. Allah rəhmət eləsin”, - o qeyd edib.
***10:25
Türkiyənin Artvin şəhərinin Kemalpaşa rayonunda torpaq sürüşməsi olub.
BAKU.WS Türkiyə mediasına istinadla xəbər verir ki, 3 yük maşını qayaların altında qalıb.
Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev və Ərdoğan Rize-Artvin hava limanının açılışında iştirak ediblər - YENİLƏNİB - FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də qardaş ölkəyə işgüzar səfərə...