Türkiyədə qasırğa zəlzələdən zərər çəkənlərin çadırlarını uçurub, ölən və xəsarət alanlar var - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda tüğyan edən qasırğa fevraın 6-da baş vermiş zəlzələdən zərərçəkənlərin müvəqqəti qaldığı çadırlara ciddi ziyan vurub.
“Haber Global” xəbər verir ki, fevralın 6-da baş vermiş zəlzələ zamanı zərər çəkmiş binaların damlarından düşən daş parçaları insan itkisinə və bəzi sakinlərin xəsarət almasına səbəb olub. Güclü qasırğa zəlzələdən sağ çıxanların saxlandığı çadırların bəzilərini uçurub.
Əraziyə təcili yardım və xilasetmə qrupu göndərilib, yaralılar xəstəxanalara aparılıb.
Son məlumata görə, təbii hadisə zamanı 1 nəfər ölüb, 50 nəfər yaralanıb. Səhiyyə naziri Fahrettin Koca Kahramanmaraşda fırtına nəticəsində 1 nəfərin öldüyünü, 50 nəfərin yaralandığını təsdiqləyib.
Oxşar xəbərlər
İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində plenar iclasda iştirak edib - VİDEO - YENİLƏNİB
Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclas keçirilib. AZƏRTAC...