Türkiyədə prokuror “Lotu Quli”nin qətlində təqsirləndirilən şəxslərə ömürlük cəza istəyib
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə prokuror “Lotu Quli” ləqəbli Nadir Səlifovun qətlində təqsirləndirilən azərbaycanəsilli 8 nəfərin - Xaqan Zeynalovun, Əmir Həmidlinin, Əli Mövlamlının, Camal Həsənovun, Cəfər Əlizadənin, Xanımnisa Məmmədovanın, Namiq Caniyevin, Rəsul Həsənovun, Ümid Nəcəfovun, Cəmil Keleş, Erkan Aşan və vəkil Nürsen Arasoğlunun ömürlük azadlıqdan məhrum edilməsini istəyib.
“Report” xəbər verir ki, cinayət işinə Antalya şəhərindəki Manaqvat Ağır Cinayətlər Məhkəməsində baxılır.
Prokuror bu günkü prosesdə çıxış edib.
Bildirilib ki, Ə.Mövlamlı, R.Həsənov, Ü.Nəcəfov, C.Kələş, E.Aşan və N.Arasoğlu saxlanılıb. C.Həsənov, C.Əlizadə, X.Məmmədova, N.Caniyev haqqında isə beynəlxalq axtarış elan olunub.
Xatırladaq ki, "Lotu Quli" ləqəbli Nadir Səlifov 2020-ci ilin avqustun 19-dan 20-nə keçən gecə Antalyada oteldə güllələnərək qətlə yetirilib. O, başından 4 güllə yarası alıb. Xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Oxşar xəbərlər
Bakıda qadın kafedə tanış olduğu kişini evinə gətirdi, keçmiş əri isə... - Şok təfərrüat
Bakının Sabunçu rayonunda 1993-cü il təvəllüdlü Eldəniz şəxsi münasibətlər zəminində Əmiri (adlar şərti verilib - red.) qətlə yetirib. BAKU.WS bildirir ki, “tel...