Türkiyədə "Jeep" ilə qızını imtahana aparan ata avtomobil qəzasında öldü - VİDEO

19
iyn
2023
11:19
Türkiyənin Sakarya vilayətində dəhşətli avtomobil qəzası baş verib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, avtomobili ilə qızı E.N.K.-nı (şərti ad) qəbul imtahanına çatdırmağa çalışan ata Z.K. (şərti ad) "Jeep" markalı maşınını yol kənarındakı divara çırpıb.
Qəza nəticəsində o, həyatını itirib. Qızı isə ağır yaralanıb. Qəzaya səbəb güclü yağış səbəbindən yolda avtomobilin sürüşməsi olub.
E.N.K. xəstəxanaya yerləşdirilsə də, onun həyati təhlükəsi davam edir.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...
