Türkiyə millisinin futbolçusu yol qəzasında öldü

Türkiyə millisinin futbolçusu yol qəzasında öldü
Hadisə 154

"Konyaspor"un müdafiəçisi Əhməd Çalık yol qəzasında həyatını itirib.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, qəza saat 09 radələrində Gölbaşı qəsəbəsinin Hacılar məhəlləsində baş verib.

Təcili tibbi yardım əməkdaşları tərəfindən aparılan nəzarət zamanı avtomobildə tək olan 1994-cü il təvəllüdlü müdafiəçi Ahmet Çalıkın öldüyü müəyyən edilib.

2017-ci ildə "Qalatasaray"a transfer olan müdafiəçi 2020-ci ildə "Konyaspor"a transfer olunub.

Əhməd Çalık Türkiyə yığmasının müxtəlif yaş qrupları ilə 66 dəfə meydana çıxıb və 6 qola imza atmışdı.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər