Tullantı poliqonunda baş verən yanğın Sumqayıtı qatı tüstüyə bürüyüb - VİDEO

Tullantı poliqonunda baş verən yanğın Sumqayıtı qatı tüstüyə bürüyüb - VİDEO
Video
Hadisə 3

Sumqayıtda yerləşən Məişət Tullantıları Poliqonunda gecə saatlarında başlayan yanğın davam edir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikası cəlb olunub.

Bildirilib ki, yanğın 7 hektar ərazini əhatə edib.

Küləkli hava şəraiti yanğını daha da genişləndirib.

Bu səbəbdən də Sumqayıtın bir çox küçə və prospektlərində qatı tüstü əmələ gəlib.

Yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır.//apa

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər