“Toyota” və “Land Rover” toqquşdu: Sıxılı vəziyyətdə qalan şəxs xilas edildi - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 21 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və bir avtomobil qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 9 nəfər, o cümlədən Bakı şəhərinin Sabunçu rayonunda “Toyota” və “Land Rover” markalı iki minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas edilib.
Həmçinin, Bakı şəhərinin Yasamal rayonunda 1939-cu il təvəllüdlü Musayev Arif Sadıx oğlunun meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Oxşar xəbərlər
FHN əməliyyatlarla bağlı məlumat yaydı - VİDEO
Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması isti...