Tovuzda selin ziyan vurduğu körpü niyə təmir olunmur? - ŞİKAYƏT - FOTO/VİDEO

Tovuzda selin ziyan vurduğu körpü niyə təmir olunmur? - ŞİKAYƏT - FOTO/VİDEO
Foto Video
Hadisə 48

Ötən ay Tovuz rayonunun Məşədilər kəndində Zəyəm çayından keçən seldən sonra qəzalı vəziyətə düşən körpü hələ də təmir olunmayıb.

Bu barədə şikayət BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, sel suları kəndin digər kəndlərlə və rayon mərkəzi ilə əlaqəsini təmin edən körpüyə ciddi ziyan vurub:

"Məsələ ilə bağlı dəfələrlə müvafiq qurumlara şikayət edilsə də baxılmayıb. Sakinlər qalıb qəzalı körpünün ümidinə, baxan yoxdur".

Xatırladaq ki, ötən ay əraziyə sel gəlməsi və körpünün ziyan görməyi ilə bağlı xəbər vermişdik.

Hadisə yerindən görüntüləri təqdim edirik:

Son xəbərlər