Tovuzda kafe külə döndü
Tovuz rayonu ərazisində yanğın hadisəsi qeydə alınıb.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində baş verib.
Məlumata əsasən, yerli sakinlərdən birinə aid olan və təxminən 150 kvadratmetr sahəni əhatə edən kafedə qəflətən alovlanma müşahidə edilib.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası yönəldilib.
Yanğınsöndürənlərin müdaxiləsi ilə alov ram edilsə də, kafe içərisindəki əşyalarla bərabər yanaraq tamamilə yararsız hala düşüb. Alovun ətrafdakı digər tikililərə yayılmasının qarşısı alınıb.
Baş vermiş hadisə ilə əlaqədar müvafiq araşdırmalara başlanılıb.
Qalereya
Oxşar xəbərlər
Dövlət informasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar olub
Oktyabrın 13-də, saat 22:00 radələrindən dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb. BAKU.WS bu barədə Xüsusi Rabitə və...