Tovuzda iki kişi yolunortasında yatdı - Böyük tıxac yarandı - FOTO
09
noy
2018
22:06
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Tovuz rayon "Avtovağzal"ı yaxınlığında, nəqliyyatın sıx hərəkətdə olduğu avtomobil yolunda bir müddət böyük tıxac yaranıb.BAKU.WS "Report"a istinadən xəbər verir ki, buna şəxsiyyətləri hələ ki, məlum olmayan iki orta yaşlı kişinin sərxoş vəziyyətdə yolun ortasında yatmaları səbəb olub.Bəzi avtomobil sürücüləri nəqliyyat vasitələrini saxlayaraq onları oradan çətinliklə uzaqlaşdırmağa çalışıblar. Vətəndaşlar tərəfindən yol kənarına gətirilən sərxoş şəxslər yenidən yola çıxaraq qəza şəraiti yaradıblar. Əraziyə "təcili tibbi yardım" briqadası çağırılıb. Hər iki şəxsə sakitləşdirici vurulduqdan sonra onlar xəstəxanaya aparılıb. Hazırda onların hər ikisinin vəziyyətinin normal olduğu bildirilir.Faktla bağlı araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər
Bakı-Sumqayıt yolunda ağır qəza – Böyük tıxac yarandı – VİDEO
Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda qəza baş verib.BAKU.WS xəbər verir ki, avtomobil qəzası saat 07 radələrində Xırdalan qəbristanlığının yaxınlığınd...