Tovuzda arvadının boğazını kəsməkdə şübhəli bilinən ər saxlanıldı - YENİLƏNİB

Tovuzda arvadının boğazını kəsməkdə şübhəli bilinən ər saxlanıldı - YENİLƏNİB
Hadisə 143

Tovuz rayonunda baş verən qətl hadisəsi ilə bağlı polis açıqlama yayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov BAKU.WS-ə bildirib ki, hadisə ilə bağlı Tovuz rayon polis şöbəsinin və rayon prokurorluğunun əməkdaşları dərhal həmin ünvana gəliblər:

“Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən rayon sakini Nicat Əhmədov isti izlərlə saxlanılıb, istintaqa təhvil verilib. Hazırda Tovuz rayon Prokurorluğunda cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir”.

***13.55

Tovuz rayonunda qətl hadisəsi baş verib.

BAKU.WS-in Oxu.Az-a istinadla məlumatına görə, hadisə Əlibəyli kəndində qeydə alınıb.

Kənd sakini, 1992-ci il təvəllüdlü Əhmədov Nicatın həyat yoldaşı Əhmədova Nuranənin boğazını kəsərək öldürdüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər