İtkin düşən yeniyetmələrdən biri tapılıb - YENİLƏNİB

Gəncə şəhərində itkin düşən yeniyetmə qız tapılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, 2008-ci il təvəllüdlü Rəfiyeva Brilyant Vüqar qızı polis əməkdaşları tərəfindən Gəncə şəhər ərazisində tapılaraq ailəsinə təhvil verilib.
Xatırladaq ki, yeniyetmə iyulun 25-də saat 11 radələrində evdən çıxaraq naməlum istiqamətə getmişdi.
***09:13
Bakı və Gəncə şəhərlərində iki yeniyetmə itkin düşüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Gəncə şəhər sakini 2008-ci il təvəllüdlü Rəfiyeva Brilyant Vüqar qızı iyulun 25-də saat 11 radələrində evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.
Digər hadisə isə Sabunçuda qeydə alınıb. Belə ki, 2008-ci il təvəllüdlü Mustafayeva Atlas Malik qızı iyulun 26-da saat 17:20 radələrində yaşadığı evdən çıxaraq geri qayıtmayıb.
Faktlarla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Kişi arvadı pomidor almağa göndərib sevgilisini evə çağırdı: “Gördüm, dörd ayaq var” - TƏFƏRRÜAT
Tovuz rayonunda 1986-cı il təvəllüdlü Malik Məmmədalıyev həyat yoldaşı Rəqsanə Məmmədovanı öldürüb. BAKU.WS “teleqraf.com”a istinadən xəbər verir ki, Malik 7 av...
