İtkin düşən aşığın meyiti tapılıb - FOTO

25
noy
2021
15:56
Noyabrın 20-də Tovuz rayonunda itkin düşən şəxsin meyiti tapılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, rayonun Əyyublu kənd sakini olan 67 yaşlı Qasımov Zahid İbrahim oğlunun meyiti Əsrik Cırdaxan kəndində çayda aşkarlanıb.
Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Qeyd edək ki, Zahid Qasımov noyabrın 20-də evdən çıxıb, bir daha geri qayıtmayıb. Mərhumun Tovuzda tanınmış aşıq olduğu bildirilir.

Oxşar xəbərlər
25 yaşlı qadın itkin düşdü - FOTO
Tovuz rayonunun Əyyublu kəndində gəlin itkin düşüb. BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Əyyublu kənd sakini, 25 yaşlı Gülnur Hüseynova ev...