İtkin düşən alpinistlər dağa icazəsiz gedib? - RƏSMİ AÇIQLAMA
04
yan
2018
11:34
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Gilavar" - hava və ekstrim idman klubu Tufan dağ istiqamətində itkin düşən alpinistlərlə bağlı yayılan bəzi məlumatlara aydınlıq gətirib.BAKU.WS-in məlumatına görə, sosial şəbəkələrdə xəbərlər yayılıb ki, alpinistlər "Gilavar" - hava və ekstrim idman klubundan icazə almadan yürüşə çıxıblar.“Bəzi media qurumları qeyri-peşəkarlıq göstərərək yanlış informasiyalar verməyə davam edirlər. Birbaşa Klubun direktoru Ziya Qasımovun adından istifadə etməklə, guya axtarışların dayandırılması və ya Qəbələdə dağçılarımızın izinə rast gəlindiyi barədə əsassız xəbərlər tirajlanır. Nəzərə almaq lazımdır ki, hər kəs bir xəbər gözləyir, bu xırda xəbər portalları İP, reytinq xətrinə belə fırıldaqlara yol atmaqla hazırda gözü yaşlı gözləyən nə qədər insanın hisləri ilə oynayır. Üstəlik Xəzər TV kimi yetəri qədər izləyisi kütləsi olan bir kanal da xəbərlər buraxılışında bu əsassız informasiyalara istinad edir. Bəli, Qəbələdə də axtarışlar edilib, ancaq heç bir izə rast gəlinməyib, üstəlik klubumuzdan heç kəs də belə bir informasiya verməyib ki, Qəbələdə izlər var və s. Bu xəbərlərə inanmayıb. Hazırda bu kimi hallarla kəskin mübarizə apara bilmirik, bu qədər insanın hislərindən öz reklamı üçün istifadə edənləri öz vicdanlarına buraxırıq, amma dağçılarımız sağ-salamat qayıdan kimi qeydə aldığımız bütün faktlarla bağlı müvafiq tədbirlər görüləcək”, - deyə idman klubunun məlumatında bildirilir.“Gilavar” dağçıların icazəsiz getməsi, hərəkət istiqaməti və planı barədə heç kəsə məlumat verməməsi ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib:“Bu mümkün olacaq şey deyil, çünki bu ekspadisiya barədə 4 mərhələdən ibarət icazə alınır. Klubun və rəsmi orqanların xəbəri olur. Gedəcəkləri marşrut da öncədən müəyyənləşir, ancaq həyati təhlükə olarsa, dağda onlar başqa marşrutdan məcburi istifadə edə bilərlər. Ümidimizi üzmür, alpinistlərimizin sağ-salamat qayıdacağına inanırıq”.BAKU.WS
Oxşar xəbərlər
İtkin düşən alpinistlərin dostlarından VİDEO MÜRACİƏT
Dekabrın 23-də itkin düşən "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin...