Şamaxıda polis iti maşının arxasına bağlayıb sürümək istəyən şəxslə bağlı HƏRƏKƏTƏ KEÇDİ - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Şamaxıda naməlum şəxs iti maşının arxasına bağlayaraq sürüməyə cəhd edib.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdən aydın olur ki, “06 BC 240” dövlət nömrə nişanlı avtomobilin sürücüsü iti maşının arxasına bağlayaraq nəqliyyat vasitəsini işə salıb.
Daha sonra yaxınlıqdakı xanım hadisəyə müdaxilə edib.
Hadisə ilə əlaqədar DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Mənsimov BAKU.WS-ə açıqlamasında bildirib ki, paylaşılan videogörüntü ilə bağlı araşdırma aparılıb.
Görüntülər Şamaxı rayonunda qeydə alınıb:
"Avtomobilin sürücüsünün şəxsiyyəti müəyyən edilib. Araşdırmanın nəticəsindən asılı olaraq qanunamüvafiq tədbir görüləcəkdir".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...