Təyyarə qəzasında həlak olan Ramin İbrahimov Şəmkirdə dəfn edilib
29
dek
2024
17:57
AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan 1998-ci il təvəllüdlü Ramin İbrahimovla Şəmkir rayonu Yuxarı Seyfəli kəndində keçirilən vida mərasimi başa çatıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, onun nəşi Yuxarı Seyfəli kənd qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində R.İbrahimovun doğmaları, rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisələrin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Oxşar xəbərlər
Hoteldə qətl: "Cəmiyyətə mənfi təsir edirdilər"
Sosial şəbəkələrdə tanış olduğu şəxsləri qətlə yetirməkdə təqsirləndirilən Röyal İsmayılovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başlayıb. BAKU.WS Oxu....