Tərtərə gəlin köçürülən 17 yaşlı qızın toyu polis müdaxiləsilə dayandırıldı

Tərtərə gəlin köçürülən 17 yaşlı qızın toyu polis müdaxiləsilə dayandırıldı
Hadisə 233

Bakıdan Tərtər rayonuna gəlin köçürülən 17 yaşlı qızın toy mərasimi polis müdaxiləsi ilə dayandırılıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, ailə qurmaq üçün rayona aparılan qız barədə polisə daxil olan məlumat üzrə keçirilən təxirəsalınmaz tədbirlərlə toy mərasiminin qarşısı alınaraq, qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

Bakıdan rayona ezam olunan polis əməkdaşları rayondakı həmkarları ilə birgə mərasimi təşkil edən qızın ailə üzvlərini və qohumlarının dairəsini müəyyən edərək onları məsuliyyətə cəlb ediblər.

Qızın təhlükəsizliyi təmin olunmaqla hazırda fakt üzrə araşdırmalar davam etdirilir.

Məlumatı DİN Mətbuat Xidmətindən "Report"a təsdiqləyiblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Tovuzda toy mərasimlərinin keçirilməsinin qarşısı alınıb

Tovuzda toy mərasimlərinin keçirilməsinin qarşısı alınıb

Tovuzda toy mərasimlərinin keçirilməsinin qarşısı alınıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə?...

113 Hadisə 12:07 15 mart 2021

Son xəbərlər