Təngəaltı və Daş Quşçu kəndlərində yanğın tam söndürülüb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Quba rayonunun Təngəaltı kəndi yaxınlığında meşəətrafı ərazidə baş verən yanğın görülmüş operativ tədbirlər sayəsində qısa vaxtda yaxınlıqdakı meşə massivinə keçməsinin qarşısı alınaraq tam söndürülüb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Soyutma işləri tamamlanmış meşəətrafı sahədə təxminən 1 hektar ərazidə quru ot və kol-kos yanıb.
Bundan başqa, Siyəzən rayonunun Dağ Quşçu kəndi yaxınlığında geniş ərazidə baş vermis yanğın da günün ikinci yarısında tam söndürülüb. Burada isə yanğın təxminən 40 hektar ərazini əhatə edib.
Qeyd edək ki, isti və küləkli hava şəraiti ilə müşahidə edilən mürəkkəb dağlıq relyefdə baş verən yanğınlarla mübarizə tədbirlərində FHN-in müvafiq qüvvələri, Aviasiya dəstəsinə məxsus “BE 200 ÇS” amfibiya təyyarəsi və 3 ədəd helikopter, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Daxili İşlər Nazirliyinin, yerli İcra Hakimiyyəti orqanlarının əməkdaşları və yerli sakinlər iştirak ediblər.
Qalereya
Oxşar xəbərlər
Siyəzən və Qubada yanğınlar nəzarətə götürülüb, soyutma işləri aparılır - VİDEO
Respublikamızın Şimal regionunda meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınların yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində tədbirlər d...