TƏBİB-dən qızılcadan dünyasını dəyişən şagirdlə bağlı AÇIQLAMA - YENİLƏNİB
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Bakıda uşağın qızılcadan vəfat etməsi ilə bağlı açıqlama yayıb.
"Yanvarın 7-də saat 12:25-də 2015-ci il təvəllüdlü Ömər Heydərov ailə üzvləri tərəfindən tibb müəssisəsinə gətirilərkən onun həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə qurumun məlumatında bildirilir.
***10:09
Bakıda daha bir məktəbli qızılcadan vəfat edib.
BAKU.WS Qafqazinfo-ya istinadən xəbər verir ki, 2015-ci il təvəllüdlü Ömər Heydərov qızılca xəstəliyi səbəbindən həyatını itirib.
Şagird Nəsimi rayonunda yerləşən 5 saylı orta məktəbin rus bölməsinin 1D sinif şagirdi olub.
Məktəbdən bildirilib ki, Ö.Heydərov xəstəliklə əlaqədar dekabrın 29-30-da dərslərdə iştirak edə bilməyib, daha sonra isə onun vəziyyəti pisləşib və dünyasını dəyişib.
Qeyd edək ki, son 2 ayda Azərbaycanda 10-a yaxın azyaşlı və yeniyetmə qızılcadan vəfat edib.
Oxşar xəbərlər
Bakıda qızılcadan vəfat edən şagirdlə bağlı məktəbdən AÇIQLAMA - YENİLƏNİB
Qaradağ rayonunda yerləşən 195 nömrəli tam orta məktəbdən şagirdin qızılca xəstəliyinə yoluxaraq dünyasını dəyişməsi ilə bağlı məsələyə münasibət bildirilib. BA...