TƏBİB Cəlilabadda ağır yol qəzasında xəsarət alanların durumunu açıqlayıb - FOTO - YENİLƏNİB

TƏBİB Cəlilabadda ağır yol qəzasında xəsarət alanların durumunu açıqlayıb - FOTO - YENİLƏNİB
Foto
Hadisə 5

Cəlilabad rayonunda ağır yol qəzasında xəsarət alan 3 nəfərin (1 kişi, 2 qadın) vəziyyəti orta ağır, 2 nəfərin (kişi cinsli) durumu isə kritik ağır olaraq qiymətləndirilir.

BAKU.WS xəbər verir ki, bu barədə report-a TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, dekabrın 14-də saat 10:00 radələrində Cəlilabad rayonunda baş verən qəza ilə əlaqədar 5 nəfər (3 kişi, 2 qadın olmaqla) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

"Onlara müxtəlif nahiyələrin küt travması, daxili qanaxma, kəllə sümüklərinin açıq sınığı və qarın boşluğu orqanlarının zədələnməsi diaqnozları qoyulub", - qurumdan bildirilib.

***12:41

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

BAKU.WS report-a istinadən xəbər verir ki, iki minik avtomobili toqquşub.

İlkin məlumata görə, 2 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.

Xəsarət alanlar 1987-ci il təvəllüdlü Ülkər Səmədova, 1964-cü il təvəllüdlü Zemfira Ağayeva, 1986-cı il təvəllüdlü Rəşad Rzayev, 1993-cü il təvəllüdlü Şövqi Qasımlı və Mehrac Qəhrəmanovdur.

Yaralılardan ikisinin vəziyyəti kritik ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər