TƏBİB Biləsuvarda uşağın şorabadan zəhərlənərək ölməsi ilə bağlı məlumat yayıb - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Noyabrın 10-da saat 13:30 radələrində Biləsuvar rayonunun Təzəkənd kənd sakini, 2015-ci il təvəllüdlü vətəndaşı üçün təcili yardım çağırışı olub. Vətəndaşın xəstəxanayaqədər ölüm halı qeydə alınıb.
Bu barədə TƏBİB-dən verilən məlumatda bildirilib.
Qeyd edək ki, bu gün 2015-ci il təvəllüdlü Tellixanım Anar qızı Məmmədli qəfil vəfat edib. Onun ölümünə ev şəratində hazırlan kələm turşusunun səbəb olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***15:39
Biləsuvar rayonunun Təzəkənd kəndində uşaq kələm şorabasından zəhərlənərək ölüb.
BAKU.WS Report-a istinadən xəbər verir ki, rayon sakini, 2015-ci il təvəllüdlü Məmmədli Tellixanım Anar qızı ağır vəziyyətdə zəhərlənmə diaqnozu ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ona göstərilən tibbi yardımlara baxmayaraq, xəstəxanada vəfat edib.
İlkin ehtimala görə, mərhum ev şəraitində hazırlanan kələm şorabasından (turşu) zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bir yumruqla qətl hadisəsi: Canlı yayımda elə söz dedi ki...
Gəncə şəhərində 1998-ci il təvəllüdlü Elmar şəxsi münasibətlər zəminində münaqişə zamanı 1983-cü il təvəllüdlü Sahibi qətlə yetirib. BAKU.WS “teleqraf.com”a ist...