Tbilisiyə uçan iki sərnişin təyyarəsi Bakıya enməli olub

Banqkok-Tbilisi marşrutu üzrə reys həyata keçirən Malayziyanın “AirAsia” aviaşirkətinin təyyarəsinin kapitanı təyinat məntəqəsində duman olduğuna görə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş sorğusu göndərib.
BAKU.WS xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
“Airbus A330” təyyarəsi yerli vaxtla saat 09:13-də Bakı hava limanına eniş edib.
Həmçinin səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportu duman səbəbindən Tbilisi hava limanına eniş edə bilməyən Polşanın “LOT” aviaşirkətinin təyyarəsini qəbul edib. Hava gəmisi saat 07:46-da Bakı hava limanından təyinat yerinə yola düşüb.
Oxşar xəbərlər
Rusiya aviaşirkətinə məxsus sərnişin təyyarəsi Bakıya təcili eniş edib
Rusiyanın "Utair" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə...