Taxta bazarındakı yanğın Poladəritmə zavodunu işıqsız qoyub - FOTO

Taxta bazarındakı yanğın Poladəritmə zavodunu işıqsız qoyub - FOTO
Hadisə 11

Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektindəki taxta bazarında baş verən yanğın zamanı ərazidən keçən yüksək gərginlikli elektrik xətti ziyan görüb.

BAKU.WS-in əldə məlumata görə, bunun nəticəsində Dərnəgüldə yerləşən Poladəritmə zavodu elektriksiz qalıb.

Taxta bazarında yanğın zamanı ziyan görmüş elektrik naqillərinin yerləşdiyi dirək əyilmiş vəziyyətdədir. Ərazidən çəkilən foto da bunu təsdiq edir.

Qeyd edək ki, Ziya Bünyadov prospektindəki inşaat materialları bazarında baş verən yanğının söndürülməsi üçün əlavə texnika və canlı qüvvə cəlb olunub. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti həyata keçirdiyi zəruri və təxirəsalınmaz tədbirlər sayəsində taxta bazarındakı yanğın məhdudlaşdırıb.

Son xəbərlər