Tanışının 62 500 manatını mənimsəyən şəxslə bağlı məhkəm QƏRARI

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Natiq Baxışovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
BAKU.WS xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, Natiq Baxışov tanışı, zərərçəkmiş M.Əskərovun oğlunun barəsində Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə istintaq olunan cinayət işini xitam etdirəcəyinə dair yalandan vəd verib. O, 2022-ci ildə müxtəlif vaxtlarda Bakı şəhəri ərazisində zərərçəkmişin ümumilikdə 62 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Natiq Baxışov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Adam oğurluğu, sifarişli qətllər: Rusiyanı çalxalayan “Ağdam bandası”nın CİNAYƏTLƏRİ - FOTO
2009-cu il aprelin 9-da Rusiyanın Leninqrad vilayəti Vsevolojski rayonunda Rıjiki yaşayış məntəqəsi istiqamətində Tibb Universitetinin tələbəsi 22 yaşlı Rumiyyə...
