Tanınmış reperin anasının üstünə ağac düşməsi hadisəsi ilə bağlı - RƏSMİ AÇIQLAMA - VİDEO

Tanınmış reperin anasının üstünə ağac düşməsi hadisəsi ilə bağlı - RƏSMİ AÇIQLAMA - VİDEO
Video
Hadisə 469

Tanınmış reper Pərviz İsaqovun (PRomete) anasının üzərinə küləyin təsirindən ağac düşməsi və ayağının amputasiya edilməsi faktı araşdırılır.

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, vətəndaş Pərviz İsaqovun anası Pərvanə İsaqovanın 10.11.2021-ci il tarixdə Yasamal rayonu, Mirəli Seyidov küçəsi 60 ünvanı yaxınlığında olarkən küləyin təsirindən ağacın qırılaraq üzərinə düşməsi və sonuncunun aldığı xəsarətlər nəticəsində sol ayağının amputasiya edilməsi barədə müraciət əsasında Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Xatırladaq ki, noyabrın 10-da Bakıda başlayan güclü külək zamanı “PRoMete” ləqəbilə tanınan reper Pərviz İsaqovun anası ağır xəsarət alıb.

Bu barədə reper sosial şəbəkədə paylaşım edib.

O bildirib ki, hadisənin baş verməsindən 12 gün keçməsinə baxmayaraq, hələ də onlarla heç bir qurum maraqlanmayıb:

“Güclü külək başlayan zaman anam yaşadığı Yasamal rayonu, Mirəli Seyidov küçəsində bir neçə qonşuyla “bisetka”da olub. Küləyin başladığını görərək onlar evə getmək qərarına gəliblər. Bu zaman güclü külək həyətdəki ağacı anamın üstünə aşırıb. Xəsarət o qədər ciddi olub ki, anamın ayağını amputasiya etdilər. Hadisədən sonra məlum qurumlar gəlib həyətdəki aşan ağacın qalıqlarını təmizləyiblər. Lakin hələ heç bir qurum anamla maraqlanmayıb.

Bildirim ki, həmin ünvanda aşan ağacla bağlı dəfələrlə sakinlər aidiyyəti qurumlara müraciət ünvanlayıb, amma baxılmayıb. Mən Yasamal Rayon Prokurorluğuna da müraciət etmişəm. Əminəm ki, bu məsələ dəqiq araşdırılacaq və günahkar olanlar öz cəzasını alacaqlar”.

Ətraflı videonu təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər