Tanınmış meyxanaçının üstündən narkotik maddənin çıxma anları - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Meyxanaçı Cavid Babaşovun (Sumqayıtlı) narkotik vasitəyə görə həbs olunma görüntüləri yayılıb.
BAKU.WS xəbər verir ki, "oxu.az"ın əldə etdiyi görüntülərə görə, üzərinə baxış keçirilən zaman onun çantasında 206 qram narkotik vasitə (heroin) və elektron tərəzi aşkar edilib.
Sosial şəbəkələrdə yayılan iddialara görə, C.Babaşov dediyi meyxanaya görə saxlanılıb. Lakin videoda da görünür ki, C.Babaşov narkotik vasitəni çantasından çıxararaq polisə təqdim edir. Eyni zamanda onun davranışları, mimikası, əlinin üstü və üzündəki yaralar narkotik vasitə aludəçisi olmasından xəbər verir.
Qeyd edək ki, C.Babaşova Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham elan edilib və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Tanınmış meyxanaçı siyasi qafiyəyə görə həbs edilib? - DİN-dən açıqlama
"Meyxanaçı Cavid Babaşovun (Sumqayıtlı) siyasi qafiyələrə görə həbs olunması ilə bağlı yayılan iddialar yalandır, əsassızdır". BAKU.WS xəbər verir ki, bunu Daxi...