Tanınmış jurnalistin oğlunun meyiti evdən tapıldı - FOTO
28
okt
2021
23:15
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonu, Xırdalan şəhərində 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
BAKU.WS Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1971-ci il təvəllüdlü Əfəndiyev Nofəl Ağamalı oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
Qeyd edək ki, mənzildən meyiti tapılan 50 yaşlı Əfəndiyev Nofəl Ağamalı oğlu tanınmış jurnalist, mərhum Ağamalı Sadiq Əfəndinin oğludur.
Qalereya
Oxşar xəbərlər
Xırdalandakı partlayışda yaralananların şəxsiyyəti məlum oldu - VİDEO + YENİLƏNİB - 4
Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş verən partlayış nəticəsində xəsarət alanların şəxs...