İtaliyada göldə boğulan azərbaycanlı tələbənin cəsədi tapıldı

19
iyn
2018
10:37
İyunun 2-də İtaliyanın Roma şəhərində göldə çimərkən boğulan azərbaycanlı tələbə Elnur Babayevin cəsədi tapılıb."Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Albano gölündə həyatını itirən, "Sapienza" Universitetinin magistr tələbəsinin nəşi Azərbaycana gətiriləcək. Qeyd edək ki, evin tək oğlu olan E.Babayev Roma Universitetində Politologiya fakültəsinin magistraturasında 2-ci kurs tələbəsi olub. O, Azərbaycanda isə Bakı Avrasiya Universitetində təhsil alıb.BAKU.WS




Oxşar xəbərlər
İtaliyada azərbaycanlı tələbə ölüb
Azərbaycanlı tələbə İtaliyada göldə boğularaq ölüb.BAKU.WS Report-a istinadən xəbər verir ki, Roma Universitetinin Politologiya fakültəsinin tələbəsi olan 29 ya...
