İsveçdə Ermənistanın təcavüzkar siyasətini ifşa edən məlumatlandırıcı aksiya təşkil edilib - FOTO

İsveçdə Ermənistanın təcavüzkar siyasətini ifşa edən məlumatlandırıcı aksiya təşkil edilib - FOTO
Foto
Hadisə 71

İsveçin Höteborq şəhərində ölkəmizin sərhədində Ermənistanın törətdiyi son hərbi təxribat barədə həqiqətlərin yerli ictimaiyyətə çatdırılması məqsədilə məlumatlandırıcı aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, “Azərbaycan Qarabağ Azadlıq Mərkəzi”nin gerçəkləşdirdiyi aksiya zamanı Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar siyasəti və silsilə xarakteri alan hərbi təxribatlarını əks etdirən məlumat vərəqləri yerli sakinlərə paylanılıb. Aksiya iştirakçıları sakinləri maraqlandıran sualları da cavablandırıblar.

Məlumat vərəqələrində bildirilib ki, Cənubi Qafqaz bölgəsində davamlı sülhün bərqərar olması, 30 illik erməni işğalından azad edilmiş ərazilərində irimiqyaslı quruculuq işlərinin aparılması və kommunikasiyaların bərpa edilməsi istiqamətində ciddi və böyük səylər göstərən Azərbaycan dövlətindən fərqli olaraq, təcavüzkar Ermənistan sülh müqaviləsinin imzalanmasında deyil, hərbi qarşıdurmalarda və regionda vəziyyətin gərginləşməsində maraqlıdır.

Hər iki tərəfdən çoxsaylı insan itkisi ilə müşayiət olunan son təxribata görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb.

Məlumatlandırıcı aksiyanın digər şəhərlərdə də davam etdirilməsi nəzərdə tutulub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycan Ermənistanın 2 zabitini beynəlxalq axtarışa verdi

Azərbaycan Ermənistanın 2 zabitini beynəlxalq axtarışa verdi

Bu gün Ermənistan yeni təxribat planları hazırlayaraq ən yüksək siyasi səviyyələrdə əsl niyyətinin münaqişənin sülh vasitəsilə həlli deyil, Azərbaycan torpaqlar...

1216 Hadisə 12:04 10 sentyabr 2020

Son xəbərlər