Sumqayıtda dəhşət: Atasının ölümünə dözməyən məktəbli qız intihar etdi
05
noy
2018
19:10
Sumqayıt şəhərində məktəbli qız intihar edib.BAKU.WS Report-a istinadən xəbər verir ki, 2002-ci il təvəllüdlü Fatimə Yusif qızı İsmayılzadə özünü yaşadığı evdə kəndirlə asıb. Ailəsinin verdiyi məlumata görə, 16 yaşlı Fatimə 1 il bundan əvvəl dünyasını dəyişən atasının ölümündən sonra sarsıntı keçirib. İl mərasimində atasının qəbrini ziyarət etdikdən sonra evə qayıdan F.İsmayılzadə intihar edib. Yaxınları bildirib ki, məktəbli bir müddət öncə də intihara cəhd etmişdi. Lakin ailəsinin köməkliyi ilə ölümdən xilas edilib. Faktla bağlı araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Şəmkirdə 14 yaşlı qız intihar edib
Şəmkir rayonunda intihar hadisəsi baş verib.BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Siyavuş Sərxanlı küçəsində yerləşən fərdi evlərdən birind...