Sumqayıtda qəzada 8 nəfər xəsarət alıb, 1-nin durumu ağırdır - FOTO/VİDEO - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
İyulun 1-də Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 8 nəfər müraciət edib.
Bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, xəsarət alanlardan 3 nəfərə tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıb.
Hazırda tibb müəssisəsinin müvafiq şöbələrində 5 nəfərin müalicəsi davam etdirilir.
Onlardan 1 nəfərin vəziyyəti ağır, 4 nəfərin vəziyyəti isə stabildir.
Qeyd edək ki, Sumqayıtda gecə saatlarında bir neçə avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə 11-ci mikrorayonla 42-ci məhələnin kəsişməsində qeydə alınıb. Nəqliyyat vaistələrindən biri yol kənarında avtobus gözləyən piyadalara dəyib, daha sonra mağazaya çırpılıb. Hadisə yerinə FHN-nin xilasedicləri, DYP şöbəsinin və TTYX-nin əməkdaşları cəlb olunub.
***09:25
Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb.
Məlumata görə, “Prius” və “Hyundai Santa Fe” markalı avtomobillər toqquşublar.
Qəza nəticəsində üç nəfər ağır yaralanıb. Yaralılar əraziyə cəlb edilmiş təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıb.
Oxşar xəbərlər
Bir yumruqla qətl hadisəsi: Canlı yayımda elə söz dedi ki...
Gəncə şəhərində 1998-ci il təvəllüdlü Elmar şəxsi münasibətlər zəminində münaqişə zamanı 1983-cü il təvəllüdlü Sahibi qətlə yetirib. BAKU.WS “teleqraf.com”a ist...