Sumqayıtda müəssisədə aşkarlanan radioaktiv maddə xüsusi kombinata aparılıb - FOTO/VİDEO

Sumqayıtda müəssisədə aşkarlanan radioaktiv maddə xüsusi kombinata aparılıb - FOTO/VİDEO
Foto Video
Hadisə 7

Sumqayıtda müəssisədə aşkarlanan radioaktiv maddə xüsusi kombinata aparılıb.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, sentyabrın 9-u Sumqayıt şəhəri, İnşaatçılar küçəsində yerləşən müəssisənin ərazisində radiasiya fonunun normadan artıq olması barədə nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında dərhal FHN-in qüvvələri cəlb olunub. Müəssisənin ərazisində lokal yerdə qamma-şüalanmanın doza gücünün təbii fondan yüksək olduğu öz təsdiqini tapıb və bununla bağlı zəruri ilkin təhlükəsizlik tədbirləri görülüb, o cümlədən əraziyə kənar şəxslərin girişi müvəqqəti olaraq məhdudlaşdırılıb.

Faktla bağlı FHN tərəfindən aparılmış radiometrik-dozimetrik və spektrometrik ölçmələr, eləcə də nüvə-radioloji sınaq işləri nəticəsində şüalanma mənbəyinin dəqiq yeri müəyyən edilib.

Fövqəladə Hallar Nazirliyi tərəfindən aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə müəssisənin ərazisində yer səthindən 40sm dərinlikdə aşkar olunan Cs (sezium) 137 radioaktiv maddəsi xüsusi təyinatlı texnika və avadanlıqların tətbiqi ilə ərazidən götürülərək, FHN-in “İzotop” xüsusi kombinatına aparılıb.

Əməliyyatdan sonra hadisə yerində təkrar müayinələr zamanı radiasiya fonunun normaya düşdüyü müəyyən olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sumqayıtda təhlükəli maddə aşkarlanıb - FOTO

Sumqayıtda təhlükəli maddə aşkarlanıb - FOTO

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Sumqayıt şəhərində apardığı nüvə-radioloji tədqiqatları zamanı təhlükəli Sezium-137 radioaktiv maddəsi aşkarlanıb. B...

0 Hadisə 13:00 14 sentyabr 2023

Son xəbərlər