Sumqayıtda iş zamanı yanıq xəsarətləri alan fəhlənin son durumu açıqlandı - YENİLƏNİB

"İyulun 14-də 1988-ci il təvəllüdlü (kişi cinsli) şəxs yanıq xəsarəti ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunub".
BAKU.WS xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq Yanıq Mərkəzindən bildiriblər.
Qeyd olunub ki, ona bədən səthinin 60-65%-nin yanığı, III dərəcəli termiki alov yanığı diaqnozu təyin edilib.
Hazırda vəziyyəti ağır qiymətləndirilir.
*** 09:32
Sumqayıtda fəhlə iş zamanı yanıq xəsarətləri alıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə "Tuq zavod" adlanan ərazidə yerləşən istehsal müəssisələrinin birində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini, 1988-ci il təvəllüdlü Hamlet Elxan oğlu Şiriyev müəssisədə iş görən zaman termiki yanıq xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Qız qaçıran qazi özünü yandırıb - TƏFƏRRÜAT - FOTO
Cəlilabad rayonunun Göytəpə şəhər sakini, 44 günlük Vətən müharibəsinin qazisi Elnur Əliyev Cəlilabad Rayon İcra Hakimiyyəti binasının daxilində özünü yandırara...