Sumqayıtda FACİƏ: 47 yaşlı kişinin üzərinə beton parçası düşdü

Sumqayıtda FACİƏ: 47 yaşlı kişinin üzərinə beton parçası düşdü
Hadisə 122

Sumqayıtda bədbəxt hadisə nəticəsində 47 yaşlı kişi ölüb.

BAKU.WS-in APA-ya istinadla məlumatına görə, hadisə fəaliyyətsiz olan Kompressorlar zavodunun söküntüsü zamanı baş verib.

Belə ki, orada fəhlə işləyən 1975-ci il təvəllüdlü Abdullayev Rafiq Fərman oğlunun üzərinə beton parçası düşüb. Ağır bədən xəsarətləri alan 47 yaşlı kişi hadisə nəticəsində ölüb. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər