Sumqayıtda əl qumbarası tapılıb - FOTO/VİDEO

Sumqayıtda əl qumbarası tapılıb - FOTO/VİDEO
Foto Video
Hadisə 23

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

FHN-dən BAKU.WS-ə bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda əl qumbarası tapılıb

Bakıda əl qumbarası tapılıb

Bakıda əl qumbarası tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in “112” qaynar telefon xətti...

38 Hadisə 15:42 01 iyun 2023

Son xəbərlər