Sumqayıtda yataqxanada yanğın söndürülüb - YENİLƏNİB-2 - FOTO

Sumqayıtda yataqxanada yanğın söndürülüb - YENİLƏNİB-2 - FOTO
Foto
Hadisə 7

***23.58 Sumqayıtda 22-ci məhəllədə yerləşən yataqxanada yanğın söndürülüb.

Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında yanğına əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib.

Bu barədə BAKU.WS-ə DİN-in mətbuat xidmətindən bildirilib.

Ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür.

***23:41

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

FHN-dən bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***23:41

Sumqayıt Tibb Kollecinin həyətındə yerləşən yataqxana yanğın başlayıb.

“Report”un hadisə yerində olan əməkdaşının xəbərinə görə, əraziyə FHN-in yanğınsöndürənləri cəlb olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər