Su kanalından əvvəl ayaqqabısı, daha sonra özü çıxdı: İki yaşlı körpənin faciəli ölümünün TƏFƏRRÜATI - VİDEO
14
iyl
2024
09:12
Mingəçevirdən Oğuza qonaq gedən Əzizovlar ailəsinin iki yaşlı uşağının kanala düşərək ölməsi hadisəsinin təfərrüatı məlum olub.
Hadisə iyulun 12-də rayonun Qumlaq kəndində gecə saatlarında baş verib.
Belə ki, babasıgilə qonaq gedən iki yaşlı Ayxan Əzizov nənəsi və xalası ilə birlikdə qonşuluqda uşaqlarla oynamağa gedibmiş.
Bir anlıq nəzarətsiz qaldıqdan sonra onun yoxa çıxmasını görən yaxınları Ayxanı yarım saat axtarıblar. Uşağın ilk öncə ayaqqabısı, daha sonra isə cansız bədəni su kanalında aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Oğuza babasıgilə qonaq gedən 2 yaşlı uşaq kanala düşərək ölüb
Mingəçevirdən Oğuza qonaq gedən iki yaşlı uşaq kanala düşərək ölüb. “Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Qumlaq kəndində baş verib. B...