Su kanalında batan Vətən müharibəsi iştirakçısının meyiti tapılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bərdədə Yuxarı Qarabağ kanalında batan 20 yaşlı oğlanın meyiti tapılıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, ötən gecə 2003-cü il təvəllüdlü Kamran Müzəffər oğlu Eyvazovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, iyulun 24-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Mirzalıbəyli kəndi ərazisindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Aran” dalğıc-axtarış qrupu axtarışlara başlayıb və gecə saatlarında boğulmuş şəxsin meyitini çıxarıb.
Qeyd edək ki, kanalda batan şəxs Vətən müharibəsi iştirakçısı olub.
Oxşar xəbərlər
Yuxarı Qarabağ kanalında batan oğlanın meyiti tapılıb
Bərdədə Yuxarı Qarabağ kanalında batan 20 yaşlı oğlanın meyiti tapılıb. BAKU.WS apa-ya istinadən xəbər verir ki, ötən gün gecə saatlarında 2003-cü il təvəllüdlü...