İstirahət mərkəzinə gedən mikroavtobus aşıb, ölənlər və xəsarət alanlar barədə RƏSMİ AÇIQLAMA - YENİLƏNİB/VİDEO
Bu gün saat 09:30 radələrində Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 9 nəfər (8 nəfəri qadın, 1 nəfəri kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə BAKU.WS-ə TƏBİB-dən məlumat verilib.
Onlara müxtəlif bədən nahiyyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.
Hazırda xəsarət alanlardan 3 nəfərin vəziyyəti orta ağır, 6 nəfərin vəziyyəti stabil olaraq qiymətləndirilir.
Hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm halı qeydə alınıb.
***11:41
Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BAKU.WS-ə bildirilib ki, iyunun 6-da saat 10 radələrində Y.Bağırov idarə etdiyi "Mercedes" markalı mikroavtobusla Cəlilabad rayonunun Sadatlı kəndi ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.
Nəticədə mikroavtobusda olan sərnişinlərdən S.Kazımova və K.Şükürova ölüb, bir neçə sərnişin isə müxtəlif bədən xəsarətləri alıb.
Araşdırma davam etdirilir.
***11:21
Cəlilabadda dəhşətli yol qəzası baş verib.
BAKU.WS Report-a istinadən xəbər verir ki, hadisə rayonun Sadatlı kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, istirahət mərkəzinə gedən avtobus qəzaya düşüb. Nəticədə 2 nəfər ölüb, çoxlu sayda yaralı var.
Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən rayon xəstəxanasına aparılıb.
Hazırda hadisənin təfərrüatları, ölən və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Cəlilabaddakı qəzada 2 nəfərin öldüyü avtobusun YENİ GÖRÜNTÜLƏRİ - VİDEO
Bu gün səhər saatlarında Cəlilabadda 2 nəfərin ölümü, xeyli sayda adamın yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. BAKU.WS xəbər verir ki, sosial ş...