İstanbulda təyyarə 30 metrdən aşağı düşüb 3 yerə bölündü - ölü sayı artır - VİDEO

İstanbulda təyyarə 30 metrdən aşağı düşüb 3 yerə bölündü - ölü sayı artır - VİDEO
Video
Hadisə 4022

İzmirdən İstanbula uçan sərnişin təyyarəsinin qəzaya düşdüyü anlar kameraya tuş gəlib.

BAKU.WS Türkiyə KİV-inə istinadla xəbər verir ki, təyyarə Sabiha Gökçən hava limanında sərt eniş edərkən uçuş-enmə zolağından çıxıb və üç hissəyə parçalanıb.

Qəza zamanı təyyarədə olan 183 nəfərdən 3-ü dünyasını dəyişib. Digər yaralıların vəziyyətlərinin yaxşı olduğu bildirilir.

İstanbulun Sabiha Gökçən hava limanında baş vermiş qəzada yaralananlardan biri azərbaycanlıdır. Azərbaycanın İstanbuldakı Baş konsulluğundan verilən məlumata görə, hazırda bu şəxsin kimliyi araşdırılır.

Qeyd edək ki, qəzaya uğramış təyyarədə Türkiyə ilə yanaşı, ABŞ, Çin, İraq və digər ölkələrin vətəndaşları olub.

Son xəbərlər