Sərnişin təyyarəsini qaçıran şəxslə bağlı maraqlı məqamlar (FOTO, VİDEO)

Sərnişin təyyarəsini qaçıran şəxslə bağlı maraqlı məqamlar (FOTO, VİDEO)
Video
Hadisə 864

Misir Hava Yollarına (EgyptAir) aid sərnişin təyyarəsinin qaçırılması ilə bağlı yeni məlumatlar ortaya çıxıb.

BAKU.WS-in məlumatına görə, MS181 səfər saylı təyyarəni qaçıran şəxsin adının İbrahim Semaha olduğu bildirilib. Misir Hava Yolları hadisə ilə bağlı açıqlama verərək bildirib ki, təyyarəni qaçıran şəxs ekipaj və dörd əcnəbi sərnişin xaricində hər kəsin sərbəst buraxılmasını qəbul edib. Cənubi Kiprin Larnaka Hava limanında çalışan bir vəzifəli şəxs sərbəst qalanların təyyarədən ayrılmaqda olduqlarını söyləyib. 

 

Təyyarəni qaçıran şəxsin Misir vətəndaşı olduğu və Yunan Kiprində yaşayan bir qadınla görüşmək istədiyi üçün bu addımı atdığı deyilir. İbrahim Semahanın köhnə həyat yoldaşının Kiprdə yaşadığı da iddia olunur. Semaha ABŞ-da bir universitetdə professor kimi çalışıb.

İbrahim Samahanın ərəb dilində yazılmış 4 səhifəlik məktubu həyat yoldaşına verilməsi üçün təyyarədən yerə atıb. Samaha məktubun köhnə yoldaşına çatdırılmasını tələb edib. Bununla yanaşı, Samaha ərəb dilində yazdığı məktubda Cənubi Kiprdən sığınacaq tələb edib.

Xatırladaq ki, bu gün səhər saatlarında Misirin "EgyptAir" aviaşirkətinə məxsus sərnişin təyyarəsi qaçırılıb.

BAKU.WS-in məlumatına görə, Misirin İsgəndəriyyə şəhərindən paytaxt Qahirəyə gedərkən qaçırılan təyyarə silahlı şəxs tərəfindən ələ keçirilib. Qaçırılan sərnişin təyyarəsi Cənubi Kiprdəki Larnaka hava limanına endirilib. Təyyarədə 81 nəfərin olduğu bildirilib. 

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər