"Space"də daha bir ayrılıq: "Hər gün" xəbərlər xidmətinin müxbiri kanalı tərk etdi - FOTO
23
iyn
2017
18:32
"Space" televiziyasının daha bir əməkdaşı işdən ayrılıb.
BAKU.WS xəbər verir ki, "Hər gün" xəbərlər xidmətinin müxbiri Famil Fərhadoğlu telekanldan ayrıldığını bəyan edib. Bu barədə o, öz facebook səhifəsində məlumat yayıb.
"Öz ərizəmlə 5 ildir ki, çalışdığım "Space" televiziyasından ayrıldım. O kanalda olan yaxşı insanlara öz təşəkkürümü bildirirəm. "Space" mənə yeni əlaqələr və çoxlu dostluqlar qazandırdı. Səbəbə gəlincə, çox söz deməyə haqqım çatır. Sadəcə susuram. Çünki mən əqidəli insanam. Əqidəli insanlar da çörək yediyi qaba tüpürmürlər", - müxbir qeyd edib.
BAKU.WS
Oxşar xəbərlər
Space TV-də ANS-in keçmiş işçiləri arasında qalmaqal
Space TV-nin prezidenti Vaqif Mustafayev fəaliyyəti dayandırılmış ANS telekanalının keçmiş əməkdaşı Afət Telmanqızını xəbərlər departamentinə yeni baş redaktor...