Soyğunçuluq edən şəxsi polis cinayət başında yaxaladı
Yeniliklərdən dərhal xəbərdar olun
Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman bir nəfər şəxsin rayon sakini olan qadının pul qabını soyğunçuluq yolu ilə taladığını görüblər.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, həmin şəxs dərhal polis əməkdaşları tərəfindən saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib.
Araşdırmalar zamanı şəxsin əvvəllər məhkum olunmuş, Bəhruz Verdiyev olması məlum olub və şübhəli şəxs törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Azərbaycanda ŞOK HADİSƏ: İtən pul qabını avtomobillə oğurladılar? - ANBAAN VİDEO
Sabirabad sakini Murad İsrafilovun başına iş gəlib. BAKU.WS xəbər verir ki, o, 44 günlük Vətən müharibəsində şəhid olan qohumu Nağıyev Fəridin evinə qonaq gedə...