Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan şəxsi polis saxladı - VİDEO

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs saxlanılıb.
Bu barədə BAKU.WS-ə DİN-in mətbuat xidmətindən bildirilib.
Tədbir zamanı əvvəllər məhkum olunmuş Təbriz Qasımov tutularaq istintaqa təqdim edilib.
Onun əlində olan sellofan torbaya baxış keçirilən zaman 1 ədəd “RPK” markalı “Kalaşnikov” konstruksiyalı əl pulemyotu, bir ədəd daraq və 24 ədəd patron aşkar edilib. Təbriz Qasımov odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.
Faktla bağlı 25-ci Polis Şöbəsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Nizami Rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Polis cinayətkarlığı təbliğ edən şəxsi saxladı - FOTO/VİDEO
Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və “Makarov” gəzdirən şəxs saxlanılıb. Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat xidmətindən bildirilib...
