“Son zəng” şənliyi təşkil edənlər cərimələndi - FOTO

Qubada “Son zəng” şənliyi təşkil edən şəxslər məsuliyyətə cəlb olundular.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə respublikada elan edilən xüsusi karantin qaydalarını pozaraq rayonun Qəçrəş kəndi ərazisində yerləşən istirahət mərkəzlərinin birində “Son zəng” şənliyi təşkil edən şəxslər məsuliyyətə cəlb ediliblər.
Şöbə əməkdaşları tərəfindən rejim qaydalarını kobud şəkildə pozaraq məclis təşkil edən həmin obyektin sahibi və məclisdə iştirak edən müəllim və valideynlər inzibati qaydada məsuliyyətə cəlb olunaraq cərimələniblər.
Həmçinin polis əməkdaşları tərəfindən həmin şəxslərlə və şagirdlərlə bir daha maarifləndirici söhbətlər aparılıb və onlara karantin qaydalarının tələbləri izah olunub.
Qalereya
Oxşar xəbərlər
Qəlyan çəkənlər cərimələndi - FOTO
Şəmkirdə sanitar-karantin qaydalarını pozan çay evi aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən BAKU.WS-in bölgə müxbirin...
