İsmayıllıda itkin düşən qız Xızıda tapıldı: Sevdiyi oğlanla qaçıb
04
fev
2020
16:37
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İsmayıllıda itkin düşən qız tapılıb.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, İsmayıllı rayon sakini, 1996-cı il təvəllüdlü Məmmədova Ayişə Mehman qızı yanvarın 30-da itkin düşüb.
İsmayıllı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Məmmədovanın yeri müəyyənləşib.
Məlum olub ki, o, yanvarın 30-da yaşadığı evdən çıxaraq Bakıya gəlib, orada Xızı rayonunun Türkoba kənd sakini Rüstəmli Osman Şakkat oğlu ilə görüşərək evlənmək məqsədilə Xızı rayonuna gedib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xızıda itkin düşən ana və 3 övladı tapılıb
Xızıda itkin düşən ana və 3 övladı tapılıb. BAKU.WS-in məlumatına görə, bu barədə APA-ya Xızı Rayon Polis Şöbəsindən məlumat verilib. İtkin düşən 1993-cü il təv...